Dünya cempionatıDünya futbolu

Məhkəmə federasiyanın bank hesablarını dondurdu: Yığma DÇ-2026-nın pley-offlarına çıxa bilməyəcək?

Surinamın 2026-cı il dünya çempionatının pley-off mərhələsində iştirakı ciddi sual altına düşüb.

Aut.az xəbər verir ki, buna səbəb Surinam Futbol Federasiyasının (SVB) bank hesablarının məhkəmə qərarı ilə dondurulmasıdır.

Bu qərar Oldenstam və Kurban qruplarının federasiyanın son seçkilərinin nəticələrinə etiraz edərək SVB rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırmasından sonra verilib.

Hazırda SVB maliyyə baxımından fəaliyyət göstərə bilmədiyi üçün FIFA və KONKAKAF vəziyyəti yaxından izləyir. Yaranmış böhran Surinamın pley-offdan kənarlaşdırılmasına səbəb ola bilər.

Belə bir hal baş verərsə, seçmə mərhələdə Surinamın yerini Honduras və ya Qvatemala komandalarının tutacağı gözlənilir.

Aut.az