“Neftçi”nin sabiq baş məşqçisinin komandasından unikal nailiyyət: Üç ildə üç fərqli ölkədə çempion oldular
Sudanın “Əl-Hilal Omdurman” klubu 2025/26 mövsümündə Ruanda Premyer Liqası çempionu olub.
Aut.az xəbər verir ki, Komanda mövsümün bitməsinə 3 tur qalmış 73 xal toplayaraq birinci yeri rəsmiləşdirib.
Sudan klubunun başqa ölkənin çempionatında çıxış etməsi ölkədəki vətəndaş müharibəsi ilə əlaqədardır. Bu səbəbdən komanda son illərdə müxtəlif ölkələrin liqalarında oynamağa məcbur qalıb.
Ötən mövsüm “Əl-Hilal Omdurman” Mavritaniya Premyer Liqasında çempion olmuşdu. Ondan əvvəl isə komanda Sudanda yerli çempionluğu qazanmışdı.
Beləliklə, Əl-Hilal Omdurman son üç mövsümdə üç fərqli ölkənin çempionatını qazanaraq unikal nəticəyə imza atıb.
Qeyd edək ki, klubun baş məşqçisi “Neftçi”nin sabiq baş məşqçisi Laurentsiu Regekampfdır.
Aut.az
