Prezident millinin baş məşqçisi ilə bağlı qərarını açıqladı
Braziliya Futbol Konfederasiyası (CBF) millinin Amerika Kubokundan kənarlaşdırılmasından sonra komandanın baş məşqçisi Dorival Junioru istefaya göndərmək niyyətində deyil.
Aut.az xəbər verir ki, bunu CBF prezidenti Ednaldo Rodriges ESPN-ə müsahibəsində deyib.
“Bu, komandada yenilənmə səyi var idi və vacib dövr idi. Çünki Dorival və oyunçular bir-birləri ilə uzun müddət qarşılıqlı əlaqədə ola bilmədilər. İki aydan sonra seçmə turniri olacaq. Məqsidimiz isə budur: Dorival ilə əməkdaşlığı davam etdirmək, anlamaq, gücləndirmək və işləmək Hazırda Dünya Kuboku dövrüdür. O və onun bütün məşqçi heyəti nə etmək lazım olduğunu çox yaxşı başa düşür”.
Qeyd edək ki, Braziliya millisi Amerika Kubokunun 1/4 finalında Uruqvaya uduzaraq (0:0, pen-2:4) turniri tərk edib.
CBF bu ilin yanvarın 10-da Dorival Juniorun Braziliya milli futbol komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Aut.az
