Avropa nəhəngləri 40 milyonluq yunan üçün yarışır: 19 yaşı var
“Real”, “Mançester Yunayted”, “Arsenal”, “Benfika”, “Porto” və “Milan” “Olimpiakos”un 19 yaşlı yarımmüdafiəçisi Xristos Muzakitisə maraq göstərir.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Yunanıstan klubu futbolçunun transferi üçün 40 milyon avro tələb edir. “Porto” isə 30 milyon avro təklif edib və ya icarə variantını gündəmə gətirib. Muzakitisin özü yanvar ayında “Olimpiakos”dan ayrılmaq istəyir.
Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlər üzrə 22 oyunda iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, Muzakitisin bazar dəyəri 25 milyon avro təşkil edir.
Aut.az
