Dünya futbolu

19 yaşlı futbolçu uğrunda 3 nəhəngin mübarizəsi

Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Xristos Mouzakitisə transfer bazarında tələbat böyükdür.

Aut.az xəbər verir ki, bu barədə sosial mediada jurnalist Ekrem Konur məlumat verib. Bildirilir ki, 19 yaşlı oyunçunun xidmətlərində bir sıra Avropa klubları, o cümlədən “Mançester Yunayted”, “Real Madrid”, “Arsenal” maraqlıdır.

Yunanıstan tərəfi yarımmüdafiəçinin satışından 40 milyon avro əldə etmək istəyir. Xristosun özü bu qış komandadan ayrılmağa hazırdır. Mouzakitisin bazar dəyəri 25 milyon avrodur. Onun “Olimpiakos”la müqaviləsi 2029-cu ilin yayında başa çatır.

Aut.az