Dünya futbolu

Xərçənglə mübarizə aparan kapitana emosional dəstək – VİDEO

İsveçin “Kalmar AİK” klubunun kapitanı Markus Herman xərçənglə mübarizə aparır.

Aut.az xəbər verir ki, komanda yoldaşları liderlərini dəstəkləmək qərarına gəliblər və saçlarını qırxıblar.

Bu emosional jest həm azarkeşlərin, həm də idman ictimaiyyətinin hörmət və rəğbətini qazanaraq komandanın birliyini vurğulayıb.

Futbolçuların bir-birinin ardınca saçlarını qırxdığı anları əks etdirən video trendə çevrilib.