Dünya futbolu

Futbolçu fırıldaqçılığın qurbanı oldu: 900 min getdi

Moskvanın “Spartak” klubunun müdafiəçisi Leon Klassen fırıldaqçıların qurbanı olub.

Publika.az xəbər verir ki, futbolçu naməlum şəxslərə 900 min rubl köçürüb. Bu barədə Baza telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Klassen iki dəfə messencerlərdə dostlarının kömək istəyinə böyük məbləğlər (400 və 500 min) göndərib. Dostlarından biri ilə görüşən zaman məlum olub ki, Leon tamamilə yad adamlara pul köçürüb.

Polisə müraciət etdikdən sonra aydınlaşdırılıb ki, bütün vəsait futbolçunun tanımadığı Sergey adlı şəxsin kartına köçürülüb.

Leon Klassen 2022-ci il yanvarın 1-dən “Spartak”da çıxış edir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun Moskva klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyunun sonuna kimidir.

Aut.az