Ronaldonun 5 illik həsrəti başa çatdı
Səudiyyə Ərəbistanı çempionatının 34-cü turunda “Əl-Nəsr” “Damak”ı 4:1 hesabı ilə məğlub edərək mövsümü birinci pillədə başa vurub.
Aut.az xəbər verir ki, ku uğur komandanın hücumçusu Kriştiano Ronaldo üçün Səudiyyə Ərəbistanında ilk rəsmi titul olub.
Beləliklə, 41 yaşlı portuqaliyalı forvard klub karyerasında 2021-ci ildən bəri ilk rəsmi kubokunu qazanıb. O, sonuncu dəfə 2020/21 mövsümündə “Yuventus”un heyətində İtaliya Kubokunun sahibi olub.
Qeyd edək ki, “Əl-Nəsr” 2023-cü ildə Ərəb Çempionlar Liqasını da qazanıb. Lakin həmin turnir nə FİFA-nın, nə də Asiya Futbol Konfederasiyasının rəsmi himayəsi altında keçirilir.
Aut.az
