Dünya futbolu

İordaniyadan Ukraynanın tələbinə reaksiya: Heç nəyi dəyişmək mümkün deyil

İordaniya Ukraynanın etirazına baxmayaraq, Rusiya ilə oyun keçirmək niyyətindədir.

Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Futbol Assosiasiyası FİFA, UEFA və AFC-ni İordaniya və Rusiya yığmaları arasında keçiriləcək oyunun qarşısını almağa çağırıb.

Aut.az xəbər verir ki, İordaniya Futbol Federasiyasının mətbuat attaşesi Əhməd Əl-Zaha “Metaratings”ə bildirib:

“Ukrayna Rusiya və İordaniya milli komandaları arasında keçiriləcək oyunun ləğv edilməsini istəyib? Biz hələ də Rusiya ilə oyunu keçirməyi planlaşdırırıq. Oyun baş tutacaq. UAF bununla bağlı məktubunu çox gec göndərib. RFU ilə sənədlər imzalanıb və heç nəyi dəyişmək mümkün deyil. Qarşılaşma artıq planlaşdırılıb və planlaşdırıldığı kimi baş tutacaq. Bu oyun üçün xallar FİFA reytinqinə yönəldiləcək “.

Aut.az