Morqan yenə anons etdi: Ən açıq-saçıq müsahibə gəlir
Pirs Morqan yenidən Kriştiano Ronaldo ilə müsahibə haqda anons paylaşıb.
Aut.az xəbər verir ki, Morqan bu barədə “X” səhifəsində yazıb.
“Gələn həftə dərc olunur. Kriştianonun indiyə qədər verdiyi ən şəxsi və açıq-saçıq müsahibə. O, futbol tarixinin ən böyük oyunçusu, ən böyük ulduzu və İnstaqramda ən çox izləyicisi olan insandır. İndi o, özünü heç vaxt olmadığı kimi təqdim edir”.
Aut.az
