Balotelli BƏƏ çempionatını buna görə seçib
Məşhur italyan futbolçu Mario Balotelli karyerasını davam etdirmək üçün Birləşmiş Ərəb Əmirliyini seçməsinə aydınlıq gətirib.
Aut.az xəbər verir ki, Balotellinin sözlərini “derbyderbyderby.it” saytı sitat gətirib.
“İtaliyada təkliflər var idi. Amma futbolun necə dəyişdiyini görürəm. Düşünürəm ki, İtaliyada gənclərə şans vermək daha yaxşıdır. Bu, milli futbol və ümumilikdə milli komanda üçün yaxşıdır. Buradakı hava xoşuma gəlir, indi İtaliyada soyuqdur, amma burada istidir”.
Aut.az
