PSJ-yə şok xəbər: Daha 2 ulduz “Barselona” ilə oyunu buraxacaq?
PSJ klubu Çempionlar Liqasının 2-ci turunun “Barselona” ilə oyun öncəsində iki aparıcı futbolçusunu itirib.
Aut.az xəbər verir ki, bu barədə nüfuzlu “L’Équipe” məlumat yayıb.
Mənbənin sözlərinə görə, əgər tibbi müayinələr Vitinyanın və Xviça Kvaratsxeliyanın zədəsini təsdiqləsə, onlar oktyabrın 1-də “Barsa” ilə matçda iştirak edə bilməyəcəklər. Bildirilir ki, bu ehtimal kifayət qədər yüksək qiymətləndirilir.
Hazırda parislilərin zədəlilər siyahısında dörd futbolçu yer alır. Usman Dembelenin, Dezire Duenin, Markinyoşun və Joao Neveşin kataloniyalılara qarşı oyunu buraxacağı dəqiqdir.
Xatırladaq ki, Vitinya və Xviça Liqa 1-in “Oser”ə (2:0) qarşı oyununda zədələniblər. Portuqaliyalı yarımmüdafiəçi 36-cı dəqiqədə, gürcü vinger isə fasilədə əvəzlənib.
Aut.az
