FİBA İsraili cəzalandıra bilər: BOK-dan göstəriş gözləyir
Beynəlxalq Basketbol Federasiyası ( FIBA ) Beynəlxalq Olimpiya Komitəsi (BOK) tövsiyə edərsə, İsrail komandalarını yarışlardan uzaqlaşdıra bilər.
Aut.az xəbər verir ki, “Mundo Deportivo” FİBA sözçüsündən sitat gətirib: “Mövcud vəziyyətin reallığı ondan ibarətdir ki, FIBA BOK-un prinsip və tövsiyələrinə əməl etməyə davam edir, ona görə də hazırda bununla bağlı heç bir dəyişiklik yoxdur. Buna görə də hazırda İsrail idmançıları və ya İsrail komandaları üçün heç bir məhdudiyyət yoxdur”.
İsrail komandalarının cəzalandırılması məsələsi İsrail və Fələstin arasındakı hərbi münaqişə, eləcə də Qəzza zolağındakı vəziyyətlə bağlıdır.
Aut.az
