Basketbol

“Sabah” İstanbul klubuna məğlub oldu

Bu gün “Sabah” basketbol klubu avrokubokların daimi mövsümünün D qrupunda 5-ci turun oyununa çıxıb.

Aut.az xəbər verir ki, Azərbaycan çempionu İstanbulda yerli “Bahçeşehir”lə qarşılaşıb.

“Bahçeşehir” (Türkiyə) – “Sabah” (Azərbaycan)

99:80 (29:15, 33:17, 20:21, 17:27)

“Sabah” bundan əvvəl “Mornar” (75:80, 81:74), “Bahçeşehir” (65:83) və “Nimburk” (61:95) ilə oynayıb.

Bakılılar növbəti oyununu noyabrın 22-də evdə “Nimburk”a qarşı keçirəcək.