“Gəncə” məğlub oldu
Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyunda “Şəki” “Gəncə”ni məğlub edib.
Aut.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 72:66.
Qeyd edək ki, turun son matçı bu gün Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt”la “Quba” arasında keçiriləcək. Qarşılaşmanın start fiti saat 19:00-da səsləndiriləcək.
