Zidan bu nəhənglərə dəfələrlə “yox” deyib – Səbəb bəllidir
Fransız mütəxəssis Zinəddin Zidan uzun fasilədən sonra işə qayıtmağa hazır olsa da, o, yalnız iki komandanı nəzərdən keçirir.
Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Mançester Yunayted”, “Yuventus”, PSJ və “Bavariya” dəfələrlə Zidanla maraqlansa da, o, həmişə təkliflərdən imtina edib.
İddia olunur ki, bu qərara səbəb Zidanın klub səviyyəsində özünü “Real”dan başqa heç bir komandada görməməsidir. Eyni şey milli komandalara da aiddir, məşqçi yalnız Fransa millisinə rəhbərlik etməyə hazırdır.
Xatırlayaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-cu ildən 2021-ci ilə qədər klub səviyyəsində yalnız “Real”da çalışıb. Fransız məşqçi “kral klubu”ilə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.
Aut.az
