Dünya futbolu

İştahası pis deyil: Ya “Real”, ya da “Barselona”

Alman mütəxəssis Tomas Tuxel “Real” və ya “Barselona”ya rəhbərlik etməyi planlaşdırır.

Aut.az xəbər verir ki, xarici mətbuatın yazdığına görə, o, hətta ispan dilini öyrənməyə başlayıb. Xatırladaq ki, Tomasın son iş yeri “Çelsi” olub.

O, 2022-ci ilin payızında Çempionlar Liqasının qrup mərhələsində Zaqreb “Dinamo”su ilə matçdan sonra istefaya göndərilib.

Həmin vaxt “Çelsi” Premyer Liqada lider idi. Qrem Potter onu əvəz etdikdən sonra komanda turnir 10-cu pilləsinə yuvarlanıb.

Tuxel “Çelsi”yə keçməzdən əvvəl “Maynts”, “Borussiya” və PSJ-yə rəhbərlik edib.