Dünya futbolu

Neymar özünü saxlaya bilmədi, belə ağladı – FOTO

32 yaşlı hücumçu Neymar yetirməsi olduğu “Santos”un qayıdışının təqdimatı zamanı emosiyalarına hakim ola bilməyib.

Aut.az xəbər verir ki, Neymar göz yaşlarına boğulub. Braziliyalı futbolçunun təqdimat mərasimi zamanı stadion tam dolub.

Neymar 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib. Futbolçunun klubla əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, Neymarın bazar dəyəri 15 milyon avrodur.

Neymar özünü saxlaya bilmədi, belə ağladı – FOTO

Neymar özünü saxlaya bilmədi, belə ağladı – FOTO