Amorimin ilk transferi: Bu gün Mançesterə gəlir
“Lecce”nin danimarkalı müdafiəçisi Patrik Dorqu “Mançester Yunayted”ə keçib və “qırmızı şeytanlar”ın baş məşqçi Ruben Amorimin rəhbərliyi altında ilk transferi olub.
Aut.az xəbər verir ki, bunu İtaliya klubunun baş məşqçisi Marko Campaolo da təsdiqləyib.
“Düzdür, Patrik şənbə günü Mançesterə uçacaq. O, fantastik oyunçu və gəncdir”, – Campaolo deyib.
20 yaşlı futbolçu bu mövsüm 23 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Premyer Liqanın cari mövsümündə “Mançester Yunayted” çempionatın 23 turundan sonra 12-ci pillədə qərarlaşıb.

Aut.az
