392 gün sonra qol vurdu
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş bir ildən çox davam edən “qol orucuna” son qoyub.
Aut.az xəbər verir ki, “Siti”nin cinah oyunçusu 392 gündə ilk dəfə qol vurub. Qriliş İngiltərə çempionatının dördüncü divizionunda çıxış edən “Salford Siti” ilə İngiltərə Kubokunun üçüncü tur matçında penaltidən fərqlənib.
Bu mövsüm 29 yaşlı Qrealiş 19 matçda qol vurmadan 2 məhsuldar ötürmə edib. O, sonuncu dəfə Premyer Liqanın 2023/2024 mövsümünün 17-ci turunda “Kristal Pelas”a qol vurub.
Aut.az
