“Barselona”dan getmək istəyir: “Real”a qarşı oynamaqdan imtina etdi
“Barselona”nın müdafiəçisi Ronald Arauxo klubdan getmək istədiyini bildirib.
Aut.az xəbər verir ki, bu barədə “Dongcast” məlumat yayıb.
Uruqvaylı futbolçu baş məşqçisi Hansi Flik ilə təcili görüş keçirib. Ronald artıq komandada oynamaq arzusunun olmadığını və təklif aldığı “Yuventus”a tez bir zamanda keçmək istədiyini bildirib.
Arauxo bu gün baş tutacaq İspaniya Superkubokunun “Real”la final oyununda iştirak etmək istəmədiyini söyləyib.
Aut.az
