Fikrindən daşındı: Müqaviləsinin sonuna kimi “Real”da qalacaq
“Real”ın ukraynalı qapıçısı Andrey Lunin Madrid komandasını tərk etmək fikrindən daşınıb.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
25 yaşlı futbolçu müqaviləsi başa çatana qədər – 2025-ci ilin yayında kimi klubda qalmağı planlaşdırır “Real” rəhbərliyi Luninin klubdan ayrılmamaq qərarını bəyənir. Lakin qeyd olunur ki, Madrid gələn il futbolçunu pulsuz buraxmaq istəmir.
Qeyd edək ki, Lunin kifayət qədər oyun təcrübəsi olmadığı üçün İspaniya nəhəngindən ayrılmaq istədiyi bildirilirdi.
Aut.az
