“Trabzonspor” Moskva klubu ilə danışıqlara başladı
Moskvanın CSKA klubunun hücumçusu Fyodr Çalov yaxın vaxtlarda Türkiyənin “Trabzonspor” klubuna keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə Türkiyənin “Fotomac” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Trabzonspor” Fyodr Çalovun mümkün transferi ilə bağlı ÇSKA ilə ilkin danışıqlar aparıb. “Trabzonspor” “Qalatasaray” və “Fənərbaxça”nın da maraqlandığı rusiyalı forvardın nümayəndələri ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Fyodr Çalov bu mövsüm ÇSKA-nın heyətində 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri hazırda 12 milyon avrodur.
Çalovun CSKA ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Aut.az
