“Beşiktaş” “Liverpul”un ulduzuna görə hərəkətə keçdi
“Beşiktaş” klubu “Liverpul”un hücumçusu Federiko Kyezanı transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul təmsilçisi 27 yaşlı italiyalı futbolçu ilə əlaqə saxlayaraq mümkün keçidə münasibətini öyrənməyə çalışıb. Bildirilir ki, “qırmızılar” Kyezanı icarəyə buraxmaq niyyətində deyil və yalnız tam transfer təklifini nəzərdən keçirəcək.
Kyeza 2024-cü ilin avqustunda “Yuventus”dan “Liverpul”a keçib. O vaxtdan bəri bütün turnirlərdə 17 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 14 milyon avro olaraq göstərir.
