İngiltərəİspaniya

Super istedad seçim qarşısında: Nəhənglərdən birinə keçəcək

“Lill”in 18 yaşlı mərkəz müdafiəçisi Leni Yoro bu yay Avropa nəhənglərindən birinə keçəcək.

Aut.az xəbər verir ki, “Mançester Yunayted” futbolçunun transferi üçün hər şeyi edir. Ona müddəti 2029-cu ilə qədər olan müqavilə təklif edilir. Futbolçu ilə “Real” da maraqlanır.

Lakin “Lill” üçün “qırmızı şeytanlar”ın 50 milyon avroluq təklifi daha cəlbedicidir. Futbolçunun özü isə “kral klubu”na üstünlük verir.

Qeyd edək ki. ötən mövsüm Leni Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyun keçirib və 3 qol vurmağı bacarıb. Yoro planetin ən perspektivli uşaq vunderkindlərindən biri hesab olunur .

Aut.az