“Qızıl skamya”nın qalibi açıqlandı: Ançelottiyə xüsusi mükafat verildi
“Real”ın baş məşqçisi Karlo Ançelotti bütün italyan futbol məşqçilərinin iştirak etdiyi “Qızıl skamya”nın mükafatlandırma mərasimində iştirak edib.
Aut.az xəbər verir ki, “Qızıl ehtiyat skamya” bu dəfə “İnter”ə başçılıq edən Simone İnzaqiyə verilib. “İlk üçlük”də “Atalanta”dan Gian Piero Qasperini və “Fiorentina”dan Vinçenzo Italiano da yer alıb.
Ançelotti İtaliyadan kənarda işlədiyi üçün titul uğrunda mübarizə apara bilməyib. Lakin ona karyerasındakı uğurlarına görə ayrıca mükafat verilib.
Aut.az
