Məşhur özbək Usikə səsləndi: Gəlirəm, ehtiyatlı olun
Məğlubiyyətsiz özbək boksçu, ikiqat olimpiya çempionu Bahodir Cəlolov ağır çəkidə dünya çempionu, ukraynalı Aleksandr Usikə çağırış edib.
Aut.az xəbər verir ki, Cəlolov bu barədə “The Ring”ə müsahibəsində deyib.
“Mənə iki-üç ay vaxt verin, Usik üçün hazır olacam. Usik və Entoni Coşuaya qarşı gücümü yoxlamaqda maraqlı olardım, çünki onlar həm də Olimpiya çempionu idilər. Və eyni zamanda peşəkarlar kimi böyük uğurlar qazandılar. Mən gəlirəm, uşaqlar! Ehtiyatlı olun”, – Cəlolov deyib.
Cəlolov 2021 və 2024-cü illərdə super ağır çəkidə Olimpiya turnirlərinin qalibidir. Onun peşəkar rinqdə onun ardıcıl 14 qələbəsi var.
Aleksandr Usik peşəkar boksda 23 döyüş keçirib və hamısında qalib gəlib. O, 2012-ci ildə Londonda keçirilən Olimpiadanın qalibi olub.
Aut.az
