Dopinqin güdazına gedən ulduz nə işlə məşğuldur?
Ukrayna millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrıkın dopinq səbəbindən kənarda qaldığı müddətdə nə işlə məşğul olduğu açıqlanıb.
Aut.az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, oyunçu hər gün səylə məşq edir və boş vaxtını “Counter-Strike” oynamağa sərf edir.
Qeyd olunur ki, Mudrykın uzunmüddətli diskvalifikasiyası təsdiqlənərsə, “Çelsi” onun müqaviləsini ləğv edə bilər.
Ukraynalı futbolçunun son rəsmi oyunu 2024-cü ilin noyabr ayının sonlarında olub. Həmin oyunda “Çelsi” 2024/25 mövsümündə Konfrans Liqasının qrup mərhələsində “Haydenhaym”la qarşılaşmış və 2-0 hesabı ilə qalib gəlmişdi. Mudrik həmin matçda qol vurmuşdu.
Aut.az
