Görün Neymar gündə neçə saat məşq edir
Neymar zədəsini sağaltmaq üçün günün əksər hissəsində məşq edir.
Aut.az xəbər verir ki, UOL-un məlumatına görə, 33 yaşlı futbolçu klubun bazasında gündə 11 saata qədər məşq edir. O, həftədə bir neçə gün “iki növbə” işləyir. Bərpa prosesi qənaətbəxş şəkildə davam edir.
Futbolçu həkimlərin tövsiyələrinə əməl edir və mayın sonu və ya iyunun əvvəlində meydana dönəcəyi gözlənilir. “Santos”un tibb işçiləri Neymarın “heç vaxt bu qədər məşq etmədiyini” deyirlər.
Neymar aprelin 17-də Braziliya çempionatında “Atletiko Mineyro” ilə matçda (2:0) sol budundan zədə alıb və 34-cü dəqiqədə əvəzlənib.
Hücumçunun Braziliya klubu ilə müqaviləsi iyunun 30-a kimi nəzərdə tutulub. Tərəflərin yaxın günlərdə müqavilənin uzadılmasını müzakirə edəcəyi gözlənilir.
Aut.az
