“Barsa”da gecikməyə görə hansı cəza verilir?
“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Pedri sabiq baş məşqçi Xavinin cəza sistemi haqqında danışıb və onu komandanın yeni baş məşqçisi Hans-Diter Flikin sistemi ilə müqayisə edib.
Aut.az xəbər verir ki, Pedri bu barədə “Sport.es-ə” danışıb.
“Hər hansı bir futbolçu gecikirdisə, gecikdiyi ilk dəqiqəyə görə min avro ödəməli idi. Bu rəqəm hər əlavə dəqiqədə ikiqat artırdı”, – Pedri bildirib.
Lakin o qeyd edib ki, bu sistem artıq mövcud deyil.
“Barselona”nın yeni baş məşqçisi Hans-Diter Flikin özünəməxsus sistemi var, daha da sərtdir: oyunçu gecikirsə, növbəti matça start heyətində çıxmır və ya ümumiyyətlə iştirak etmir”, – Pedri əlavə edib.
Aut.az
