“Real”a gedir? – İkibaşlı danışdı
“Bayer”in baş məşqçisi Xabi Alonso cari mövsümün sonunda “Real”a keçə biləcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Daha əvvəl bildirilmişdi ki, “Real” mövsümün sonunda Braziliya yığmasına rəhbərlik edəcəyi gözlənilən Karlo Ançelottinin xələfi kimi Xabi Alonsonu seçib.
“Sentyabrdır, bu barədə danışmaq hələ tezdir. Mən hələ də diqqətimi “Bayer”dəki işimə yönəltmişəm. Mövsümə yaxşı başladıq və bütün oyunçuların diqqətini cəmləmələrini istəyirik”, – “Marca” Alonsodan sitat gətirib.
Xabi Alonso 2009-2014-cü illərdə “Real”da çıxış edib, 200-dən çox oyun keçirib, İspaniya çempionu olub və Çempionlar Liqasının qalibi olub.
Aut.az
