Dünya futbolu

Oynamadı, azarkeşlər qəzəbləndi: Haradadır? – VİDEO

MLS-in normal mövsümündə “Vankuver” və “İnter Mayami” arasında keçirilən matçda azarkeşlər argentinalı hücumçu Lionel Messinin meydanda olmamasından narazılıqlarını bildiriblər.

“İnter Mayami”nin məşqçilər korpusu 36 yaşlı argentinalıya istirahət verib.

“Messi haradadır?” – azarkeşlər oyun zamanı stadionda qışqırdıblar.

“İnsanların məyusluğunu başa düşürük, lakin çətin qərarlar qəbul etmək məşqçilər korpusu olaraq bizim işimizdir. Biz başa düşürük ki, bu oyunçular liqa üçün vacibdir, lakin oyunçuların sağlamlığı üçün yaxşı ola biləcək tədbirlər görməliyik”, – deyə “İnter Mayami”nin baş məşqçisi Xerardo Martino bildirib.

Messi oynamasa da, komandası 2:1 hesabı ilə qalib gəlib.

Aut.az