Dünya futboluİngiltərə

İddialı açıqlama: Qvardiola və Artetanın ideyaları ilə razı deyiləm, çünki pisdir

Sloveniyanın “Tselye” klubunun ispaniyalı baş məşqçisi Albert Riera başqa mütəxəssislərin işindən istifadə edib-etmədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Riera bu barədə “Championat”ın müxbiri Vladislav Kruqlova müsahibəsində deyib.

“Hər məşqçi yaxşı ideyaları sınayır. Birinin digərindən üstün olduğunu deyə bilmərəm, çünki hər məşqçi fərqlidir. Bəzilərini daha az bəyənirəm, çünki fikrim fərqlidir.

Mən hələ gənc məşqçiyəm, amma işə indi başlayan başqa gənclər də var. Məsələn, Pepe Reyna məşqçilik karyerasına bu yaxınlarda başlayıb. Mən ona dedim ki, sənin ideyan sənin ideyandır. O başqalaraından daha yaxşı və ya daha pis deyil.

Məşqçi yaxşıdırsa, onun nə etdiklərinə baxacam. Mən kopyalamaq istəmirəm. Əgər Qvardiola və ya Artetadan danışırıqsa, onların fikirlərinin yarısı ilə razı deyiləm, çünki onlar pisdir. Bəli, onlar yaxşı məşqçidirlər, amma mənim öz yanaşmam var. Hər bir məşqçinin öz ideyaları olmalıdır – işindən razı qalmağın yeganə yolu budur”, – Riyera deyib.

Aut.az