Dünya futbolu

Neymar oynaya biləcək? – Bu zədə məni bezdirir

Braziliyanın “Santos” klubunun ulduz hücumçusu Neymar zədəsi barədə danışıb.

Aut.az xəbər verir ki, 33 yaşlı futbolçu “Globo”ya açıqlamasında bu sözləri deyib:

“Fiziki cəhətdən özümü yaxşı hiss edirəm. Hər gün vəziyyətim yaxşılaşır. Bu zədə məni bezdirir, amma dayanmayacağam. Növbəti oyuna hazır olacağam”.

Qeyd edək ki, Neymar menisk zədəsi ilə oynayır. 2025/2026 mövsümündə hücumçu “Santos”un 26 matçında iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna qədərdir və bazar qiyməti 11 milyon avrodur.

Aut.az