Əfsanəvi futbolçu MMA-da debüt edəcək: Görün kimi döyüşə çağırdı
Məşhur fransız futbolçu, “Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evra mayın 23-də Parisdə keçiriləcək PFL liqa turnirində qarışıq döyüş növləri üzrə debüt döyüşünü keçirməyi planlaşdırdığını bildirib.
Aut.az xəbər verir ki, Patrisin rəqibinin adı hələ açıqlanmasa da, idmançının özü qeyd edib ki, o, məşhur uruqvaylı futbolçu Luis Suaresi oktaqonun əks küncündə görmək istəyir.
“Mən rəsmi olaraq PFL-də ilk döyüşümə hazırlaşıram. Mənim üçün rəqib seçəcəklər. Kiminlə görüşmək istədiyimi soruşdular, dedim ki, Luis Suares! Mən bu döyüşü öz cibimdən ödəməyə hazıram və o, hətta məni dişləyə də bilər”, – “MMA Fighting” Evradan sitat gətirib.
Aut.az
