Dünya futbolu

“Qalatasaray”dan Yaponiyaya

“Qalatasaray”dan ayrılan Bafetimbi Qomisin yeni ünvanı məlum olub.

Aut.az xəbər verir ki, 38 yaşlı hücumçu Yaponiya təmsilçisi “Kavasaki Fronteyl”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransalı forvardla razılaşmanın detalları açıqlanmayıb.

Qomis ötən mövsüm Super Liqada 23 oyunda 8 qol vurub.