Klublararası DÇ: Qələbəyə əsas namizəd kimdir?
2023-cü il klublararası dünya çempionatı dekabrın 12-dən 22-dək Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
Aut.az xəbər verir ki, Bukmeker kontorları turnirin əsas favoritini açıqlayıb. “Mançester Siti” mükafatı qazanmağa əsas namizəddir. “Şəhərlilər”in qələbəsinə cəmisi 1,3 əmsal verilir.
“Mançester Siti – 1,3
“Fluminense” – 5.00
“Əl-İttihad” – 11.00
“Urava” – 20.00
“Leon” – 25.00
“Əl Əhli” (Qahirə) – 30.00
“Oklend Siti” – 300.00
Kərim Benzema karyerasında ilk dəfə Klublararası Dünya Çempionatında “Real”ınyox, “Əl-İttihad”ın heyətində meydana çıxacaq.
Ulduz forvard bu titulu 5 dəfə qazanıb.
Aut.az
