Dünya futbolu

Bekhem o gecə yaşananları belə şərh etdi

“İnter Mayami”nin sahibi Devid Bekhem Lionel Messinin debütünə münasibət bildirib.

“Düzünü desəm, cərimə zərbəsinin verildiyini görən kimi düşündüm: “Bu belə bitməlidir. Xüsusən də meydanda Leo və Buskets kimi oyunçular olanda – onlar bunu yaradırlar.

Həmin gecə stadionda və bu ölkədə hər kəs üçün Leonun MLS-də debütünü görmək arzusu gerçəkləşdi. Bunun üçün söz tapa bilmirəm.

Həmişə istədiyimiz, çalışdığımız da bu idi. Bizim, ailələrimiz, stadionda olan hər kəs və sizin üçün xüsusi axşam idi. Bu ölkə, bu liqa üçün vacib məqam idi”, – deyə MLS mətbuat xidməti Bekhemdən sitat gətirib.

Leo Liqa Kuboku matçında “Kruz Asul”la (2:1) oyunun 54-cü dəqiqəsində Benjamin Kremaşkini əvəzləyərək meydana çıxıb. Argentinalı 90+4-cü dəqiqədə həlledici qolu vurub.

Aut.az