Hakim şou göstərdi: 7 futbolçunu meydandan qovdu – VİDEO
Boliviyada əsl futbol xaosu yaşanıb.
Aut.az xəbər verirk i, “Bluminq” və “Bolivar” komandaları arasında keçirilən oyun döyüş səhnəsinə çevrilib. Kütləvi qarşıdurmanın səbəbi cərimə meydançasındakı böyük su gölməçəsi olub.
Artıq birinci hissədə futbolçuların emosiyaları nəzarətdən çıxıb. Söz davası tezliklə kütləvi davaya çevrilib. Hakim insidentdən sonra iki “Bluminq” və üç “Bolivar” futbolçusuna qırmızı vərəqə göstərib.
Amma bununla da heç nə bitməyib. İkinci hissədə hakim daha iki dəfə qırmızı vərəqəyə əl ataraq “Blumin2”in iki oyunçusunu da meydandan qovub.
Matç demək olar ki, 7:8 formatında yekunlaşıb və “Bolivar” 90-cı dəqiqədə vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.
Aut.az
