Boks

Yeni çempion o oldu

Derbi şəhərindəki “Vaillant Live” arenasında boks gecəsi keçirilib.

Aut.az xəbər verir ki, əsas döyüş britaniyalı super ağır çəkililər Fréyzer Klark (9-2-1, 7 KO) və Ceymi Çikeva (9-2, 5 KO) arasında baş tutub.

Görüş sonadək – 12 raund davam edib və hakimlərin qərarı ilə Ceymi Çikevanın qələbəsi ilə yekunlaşıb – 115-113, 115-112, 112-115. Bununla Ceymi ilk dəfə Britaniya çempionu olub.