İtaliya

“Yuventus”un bombardiri sıradan çıxdı

“Yuventus”un hücumçusu Duşan Vlahoviç zədələnərək qeyri-müəyyən müddətə oyunlardan kənarda qalıb.

Aut.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Luçano Spaletti məlumat verib.

Serbiyalı hücumçu Seriya A-da “Kalyari” ilə ev oyununda birinci hissədə zədələndiyi üçün meydandan çıxmalı olub. Spaletti bildirib ki, futbolçuda əzələ dartılması aşkarlanıb. Zədənin dərəcəsini dəqiq qiymətləndirmək və bərpa müddətini müəyyənləşdirmək üçün Vlahoviç dekabrın 1-itibbi müayinədən keçəcək.

İlkin proqnozlara görə, müayinənin nəticəsindən asılı olmayaraq, Vlahoviç 2025-ci ilin sonuna qədər meydana qayıda bilməyəcək. Beləliklə, o, “Napoli” (7 dekabr), “Bolonya” (14 dekabr) və “Roma” (20 dekabr) ilə önəmli Seriya A oyunlarını buraxacaq.

“Yuventus” üçün Vlahoviçin yoxluğu ciddi itki hesab olunur. O, mövsümün indiyədək bütün turnirlərdə 17 oyunda 6 qol vuraraq komandanın ən məhsuldar futbolçusudur.

Aut.az