Karyerasını bu tarixdə bitirəcək – Görün nə işlə məşğul olacaq
“Napoli”, “Çelsi”, “Yuventus” və “Latsio”nun sabiq baş məşqçisi Mauritsio Sarri yaxın vaxtlarda karyerasını başa vuracağını etiraf edib.
Aut.az xəbər verir ki, mütəxəssis bu barədə “La Gazzetta dello Sport”a müsahibəsində deyib. 65 yaşlı mütəxəssis 2024-cü ilin martında “Latsio”dan ayrıldıqdan sonra klubsuzdu.
“İki-üç ildən sonra təqaüdə çıxacağam və diqqətimi bölgəmə və bu illər ərzində gördükləri işlərə görə layiq olan insanlara kömək etməyə cəmləyəcəyəm.
Mən Figline Valdarnoya (Toskana bölgəsindəki kommuna) bağlıyam, orada böyümüşəm. Sonra “Filina”nın gənclər komandasında, beş il əsas komandada oynadım. Məni böyüdənlərə, məşqçilərə və karyeramın bir parçası olan hər kəsə təşəkkür etməliyəm”, – Sarri deyib.
Aut.az
