İngiltərəİtaliya

“Liverpul”un futbolçusu İtaliya yolunda

“Liiverpul”un müdafiəçisi Kostas Tsimikas karyerasını İtaliyada davam etdirə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

Mənbəyə görə, 29 yaşlı yunan oyunçu ilə “Roma” maraqlanır. Paytaxt klubunun rəhbərliyi futbolçunun transferi ilə bağlı “Liiverpul” rəsmiləri ilə görüşəcək.

2024/25 mövsümündə Tsimikas bütün turnirlərdə 29 oyunda iştirak edərək 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.

Aut.az