“İnter”dən ayrılan İndzaqi bu klubu çalışdıracaq
“İnter”dən istefa verən Cimone İndzaqi “Əl-Hilal”ı çalışdıracaq.
Aut.az xəbər verir ki, insayder Fabritso Romanonun məlumatına görə, İndzaqinin bu həftə “Əl-Hilal”la 3 illik müqavilə imzalayacağı gözlənilir .
İndzaqi 2021-ci ilin yayından “İnter”də çalışırdı. Onun rəhbərliyi altında Milan klubu A Seriyasının qalibi olub, iki dəfə İtaliya kubokunun qalibi olub və iki dəfə Çempionlar Liqasının finalına yüksəlib.
Aut.az
