İtaliya

Kral Kev buradadır: “Napoli” onun transferini rəsmən açıqladı

“Napoli” sosial şəbəkədə 33 yaşlı yarımmüdafiəçi Kevin De Bruyne ilə müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, “Napoli”nin “X” hesabında “Kral Kev buradadır” yazılıb.

Daha əvvəl İtaliya mətbuatı belçikalı futbolçu ilə əmək müqaviləsinin 3 illik olduğunu yazıb. 33 yaşlı yarımmüdafiəçi Neapolitan klubunun tərkibində ildə 5 milyon avro qazanacaq.

De Bruyne ötən mövsüm İngiltərənin “Mançester Siti” klubunda 40 oyuna 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Aut.az