İtaliya

UEFA bu klubu 5 milyon cərimələdi

Avropa Futbol İttifaqı “Roma”nı 5 milyon avro cərimələyib.

Aut.az xəbər verir ki, romalılar maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunurlar. İddiaya görə, onlar bu il iyunun 30-na kimi 28 milyon avrodan çox kapital qazancı əldə edə bilməyiblər.

Bildirilir ki, “Roma”nın daha ciddi sanksiya, xüsusən də Avropa yarışlarından kənarlaşdırılma və 50 milyon avroya qədər cərimə ilə üzləşmə ehtimalı olub.

Xatırladaq ki, “Roma Avropa Liqasının finalında İspaniya “Sevilya”sına uduzub – 1:2.

Aut.az