Qadınlar onun keçidinə bu FOTO ilə reaksiya verdilər
“Nürnberq” qadın futbol klubunun mətbuat xidməti Almaniya millisinin sabiq müdafiəçisi Jerom Boatenqin “Salernitana” ilə müqavilə imzalamasına münasibət bildirib.
Aut.az xəbər verir ki, “Nürnberq” futbolçunun intihar edən keçmiş sevgilisi Kasia Lenhardtın fotosunu xəbərə yerləşdirməklə reaksiya verib.
Xatırladaq ki, 2021-ci ilin fevralında Kasia Lenhardt Berlindəki mənzilində ölü tapılmışdı. Polis modelin ölümünün zorakılıq olmadığını bildirib.
Həmin il fevralın 4-də Boatenq Lenhardtdan ayrıldığını elan etdi, sonra qız onun avtomobilini əzdi.
Alman futbolçu keçmiş sevgilisini şantajda günahlandırdı və onu ailəsi ilə mübahisələrin səbəbi adlandırdı. Kasia Lenhardt alman futbolçunu yalan danışmaqda və müntəzəm xəyanətdə ittiham etmişdi.

Aut.az
