Onun kolleksiyasında görün hansı əfsanələrin forması var: Sanki mağazadır – VİDEO
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti forma kolleksiyasını nümayiş etdirib.
Aut.az xəbər verir ki, 65 yaşlı mütəxəssis DAZN-in jurnalisti Diletta Leottaya müsahibəsində hobbisindən danışıb. Ona kifayət qədər böyük kolleksiyasını saxladığı otağı göstərdi. Burada dünya futbolu əfsanələrinin – Ronaldinyo, Ballak, Ronaldo, Kaka, Paolo Maldini, Fabio Kannavaro, Dieqo Maradona, Kriştiano Ronaldo, Lionel Messi və bir çox başqalarının formaları var.
Aut.az
