İtaliya

“Yuventus” 408 milyonluq müqavilə bağladı

Turinin “Yuventus” klubu texniki tərəfdaşı “Adidas”la yeni uzunmüddətli müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, “Tuttosport”un məlumatına görə, yeni müqavilə İtaliya komandasına 408 milyon avro qazandıracaq. Klub bu məbləği müqavilənin bütün müddəti ərzində alacaq.

Mənbənin sözlərinə görə, “Qoca sinyora” 2028-ci ilə qədər hər mövsüm üçün avadanlıq istehsalçısından 46,1 milyon avro almağa davam edəcək. Hazırkı müqavilə bu şərtlər daxilində hələ də qüvvədədir. Öz növbəsində, 2028-ci ildən bu məbləğ 40,8 milyon avroya qədər azalacaq.

“Yuventus” 2015-ci ildən “Adidas”la əməkdaşlıq edir. Əvvəllər klubun formasını “Nike” istehsal edirdi.

Aut.az