Onu yaxasından asardım: Vieyra Balotelli haqda
“Cenoa”nın yeni baş məşqçisi Patrik Vieyra daha əvvəl Mario Balotelli ilə eyni klubda çalışıb.
Aut.az xəbər verir ki, Patrik Marionun xarakteri haqda danışıb.
“Onun xarakteri komanda idman növlərinə tam uyğun deyil. Özünü çox sevir və eqoist oynayır. Onunla “Nitsa”da işləmək mənim üçün çətin idi. Mən sadəcə onu divara sıxmaq və ya yaxasından asmaq istədim”, – deyə Vieyra deyib.
Fransız mütəxəssis Mario Balotelli orada çıxış edəndə “Nitsa”da çalışıb. Mövsümün sonunda futbolçu məşqçinin istəyi ilə klubu tərk etmək məcburiyyətində qalıb. Balotelli etiraf edib ki, Patrik Viera olmasaydı, Fransa klubunda qalardı.
O vaxtdan 5 il keçdi. Patrik Vieyra yenidən Mario Balotellinin çıxış etdiyi klubun başına keçib.
Aut.az
